YARDIM İSTİQAMƏTLƏRİ

Sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif hüquqi məsləhətlər

Vergi məsələləri ilə bağlı hüquqi məsləhətlər

Digər hüquqi xidmətlər

баннер
   HAQQIMIZDA

Dövlətin həyata keçirdiyi mütərəqqi və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı məhkəmə və hüquq sistemi formalaşmışdır. Mütəxəssislərin rəylərinə görə, respublikamızın mövcud qanunvericilik sistemi müasir dünyanın tələb və standartlarına uyğun inkişaf etmişdir. Amma həyata keçirilən çoxşaxəli məhkəmə islahatlarına baxmayaraq, bəzən sosial cəhətdən zəif əhali qrupları hüquqi xidmətlərdən arzu olunan keyfiyyətdə yararlana bilmirlər. Hazırda Azərbaycanda həssas əhali qruplarına hüquqi yardım və bununla əlaqədar digər xidmətlərin göstərilməsi üçün xüsusi layihə çərçivəsində müasir standartlara uyğun önəmli tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə  «Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi məhz  qeyd olunan istiqamətləri əhatə edən layihələrdəndir.

Layihənin “Pulsuz hüquqi yardım” komponenti üzrə məqsəd əhalinin həssas qruplarının müxtəlif hüquq və məhkəmə xidmətlərindən rahat şəkildə yararlanmasını təşkil etmək, bu istiqamətdə görülən işlərdə səmərəliliyi artırmaqdır. Burada əsasən qadınlar, yeniyetmələr, məcburi köçkünlər, etnik qruplar, milli azlıqlar, aztəminatlı ailələr daxil olmaqla əhalinin ən həssas qrupları üçün faydalı olmağa çalışmaq, həmçinin hamı üçün məhkəmə xidmətlərinin əlçatanlığını təmin etmək hədəflənir.

Layihənin icrası üçün fərdi qaydada hüquqi xidmətlər göstərən hüquqşünaslar və vəkillər dəvət olunublar. Fərdi hüquqşünaslar qeyd etdiyimiz pilot layihə çərçivəsində aztəminatlı əhali qrupları haqqında davamlı məlumat toplayır, onların ehtiyac və tələblərini müəyyən edirlər. Həmçinin, onlar təbliğat-təşviqat işlərini də genişləndirir, aztəminatlı əhalinin hüquqi yardım alması və məhkəmə xidmətlərindən faydalı şəkildə istifadəsi üçün zəruri addımlar atırlar.

Qeyd edək ki, regionlarda fəaliyyət göstərən tərəfdaşlarımız hüquqi yardım hədəfləri ilə əlaqə yaratmaqda ən faydalı vasitəçilərimizdir. Onların köməyi ilə əhalini maarifləndirmə imkanlarımız şaxələnir, müxtəlif hüquqi və məhkəmə xidmətlərimizdən daha çox şəxs yararlana bilir.

Layihənin gələcək hədəfi sözügedən xidmətlərdən yararlana bilməyən daha çox şəxsə  kömək göstərmək, müxtəlif təbliğat-təşviqat kampaniyaları vasitəsi ilə daha uğurlu nəticələr əldə etməkdir.

Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində özəl praktik, həmçinin siyasi tədqiqat institutları, analitik mərkəzlər, qeyri-hökumət təşkilatları kimi müxtəlif xidmət təminatçılarının reallaşdırdıqları fərqli modellər də layihənin tətbiqi üçün seçilmiş sahələrdə sınaqdan keçiriləcək.

Layihə çərçivəsində Bakı və regionlarda dövlət qurumları mütəxəssislərinin və fərdi hüquqşünasların iştirakı ilə seminarlar keçiriləcək. Layihədən ilkin olaraq 3500 nəfərin yararlanacağı nəzərdə tutulub.

VƏKİLLƏRİMİZ

GÜNDƏLİK OLARAQ BİZİM VƏKİLLƏR ƏHALİDƏN DAXIL OLAN SUALLARI, MÜRACIƏTLƏRI CAVABLANDIRIRLAR. ƏHALININ MƏMNUNIYYƏTINƏ HƏDƏFLƏNMIŞ FƏALIYYƏTIMIZ NƏTICƏSINDƏ ƏTRAFIMIZA TƏRƏFDAŞLAR TOPLAMAĞIMIZ BIZIM QÜRUR MƏNBƏYIMIZDIR. HƏR BIR TƏRƏFDAŞIMIZ BIZIM ÜÇÜN DƏYƏRLIDIR.

Elnur Cəfərov

Gəncə şəhəri

070 258 02 82

Elşad Novruzov

Sumqayıt şəhəri

050 232 12 55

Kənan Abdurahmanov

Şirvan şəhəri

051 784 71 61

SIZƏ MİNNƏTDARAM

BIZƏ MÜRACIƏT ETMIŞ, XIDMƏTLƏRIMIZDƏN YARARLANMIŞ VƏTƏNDAŞLARIMIZIN MINNƏTDARLIQ MƏKTUBLARI BIZIM ÜÇÜN DAHA BÖYÜK HƏDƏFLƏRƏ YOL AÇAN ÖNƏMLI BIR STIMULDUR.

Cavid Halilov


Biznes fəaliyyətinə başlamaq istəyəndə hüquqi məsələləri necə və harada rəsmiləşdirməli olduğumu bilmirdim. Bu işdə mənə dəstək olmaq üçün Sizə müraciət etdim. Qısa zaman ərzində bütün lazımi sənədləri toplaya bildim. Vəzifənizin öhdəsindən yüksək səviyyədə gəldiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Validə Hədəfova


Yoldaşımdan ayrılandan sonra məhkəmə tərəfindən təyin edilmiş alimenti almaq mənim üçün böyük problemə çevrildi. Dostlarımın məsləhəti ilə Sizin vəkillərə müraciət etdim. Qısa zaman ərzində mənim problemimi həll etdiniz. Buna görə sizə dərin təşəkkür edirəm.

XƏBƏRLƏR

Sentyabr 2018

29-30 Sentyabr 2018 ci il tarixlərində layihəmizin tərəfdaşı hüquqşünas Kəmalə Məmmədova xanım Şəki şəhərində və Oxud kəndində əhaliyə hüquqi yardım göstərəcəkdir.   20-22 Sentyabr tarixlərində Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında əaliyə pulsuz hüquqi yardımın Читать дальше…

Sentyabr 2018

29-30 Sentyabr tarixlərində Şəki şəhərində layihəmizin tərəfdaşı Kəmalə Məmmədova tərəfindən əhaliyə pulsuz hüquqi yardım xidmətləri göstərilmişdir. Hüquqi yardım alanlar müxtəlif mövzular üzrə sualları cavablandırılmış, bəzi hallarda müraciətçilərə məhkəmə iddia ərizələrinin tərtib edilməsinə yardım göstərilmişdir.  Əhalinin Читать дальше…

ƏLAQƏ

Bizə ünvanlanan hər bir sualı, müraciəti dinləməkdən və cavablandırmaqdan məmnunluq duyuruq.
  Bizə zəng edin: (012) 505 00 56,
  Bizə yazın:  info@vekiller.biz

ONLİNE MÜRACİƏT

[pirate_forms]